FLORAMEC® AVANCE, bitkidə çiçəklenməni təşviq edən, hormon içerməyən bir stimulyatordur. Məqsədi bitki başına daha çox çiçək nöqtəsinin əmələ gəlməsini təmin etmək, çiçəklenməni artırmaq və daha böyük, məhsuldar çiçəklərin daha sıx qruplar şəklində inkişafını təşviq etməkdir. Həmçinin, internod (boğum arası) uzunluqlarını qısaldaraq vegetativ inkişafı tənzimləyir və çiçək fərqlənməsini dəstəkləyir. Pomidor, xiyar, badımcan və bibərdə boğum arası məsafəni qısaldır. Bitkidə sitokinin hormonunun sintezini auxin əleyhinə artırır.
Formulasiya sayəsində, bitki stres şəraitində çiçək tutumu çətinləşən hallarda belə meyvə tutumunu təmin edir.
FLORAMEC® AVANCE:
Tərəvəz və bəzək bitkilərində çiçəklenməni təşviq etmək üçün
Çiçəklenməni artırmaq və meyvə tutumunu yaxşılaşdırmaq məqsədilə tövsiyə edilir
FLORAMEC® AVANCE həm yarpaqdan, həm də torpaqdan tətbiq oluna bilər.
Torpaqdan tətbiq: İlk tətbiqdə 5–10 L / ha (hektar) dozada verilir (bitkiyə görə dəyişir, adətən əkildikdən 20–30 gün sonra). Çiçəklenmə prosesini dəstəkləmək üçün 2–3 dəfə təkrarlana bilər.
Hidroponik sistemlərdə: tətbiq 2–3 gün ərzində sulama suyuna bölünərək aparılmalıdır.
Yarpaqdan tətbiq: 1000 L suya 2–5 L nisbətində tətbiq edilir.
Xüsusilə MAP kimi fosfor səviyyəsi yüksək məhsulla qarışdırıldıqda effektivliyi 2 dəfə artır.
Doza: Floramec Avance 350 cc / 100 lt + MAP 300 g / 100 lt